İran İsrailə yüzlərlə ballistik raket buraxdığını bildirib – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İran İsrailə yüzlərlə ballistik raket buraxdığını bildirib – YENİLƏNİB


İran İsrailə yüzlərlə ballistik raket buraxıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İranın dövlət agentliyi IRNA məlumat yayıb.

“İranın sionist rejimə sarsıdıcı cavabı başlayır. Bir neçə dəqiqə öncə sionist rejimin qəddar hücumuna qəti cavab əməliyyatı işğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif ballistik raketlərin buraxılması ilə başlayıb”, – məlumatda vurğulanıb.

22:13

İsrail Müdafiə Qüvvələri (İMQ) İrandan raket atəşinə tutulduğunu bildirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin teleqram səhifəsində məlumat verilib.

"İMQ müəyyən edib ki, az öncə İrandan İsrailə raketlər buraxılıb. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır", – məlumatda vurğulanıb.

Hərbçilər vətəndaşları sığınacaqlara gizlənməyə və sonrakı xəbərdarlığa qədər orada qalmağa çağırıb.

Oxşar xəbərlər

İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB-1
İrandan İsrailə 100 ballistik və qanadlı raket atılıb - VİDEO
İrandan İsrailə 500-ə yaxın raket atılıb - YENİLƏNİB-2
ABŞ ballistik raketləri dəf etmək üçün İsrailə THAAD sistemi verəcək
İsrail ordusu İrana cavab verəcəklərini vəd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər