

Kit Kelloq: 30 günlük atəşkəs Rusiya-Ukrayna müharibəsinin başa çatmasının başlanğıcı olacaq
"Zelenski bəyan edib ki, Ukrayna Avropa ölkələri və ABŞ ilə birlikdə 12 may tarixindən etibarən tam və şərtsiz atəşkəsin başlanması barədə razılığa gəlib".
APA xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq “X” sosial şəbəkəsində yazıb.
O deyib ki, 30 günlük tam atəşkəs Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin başa çatmasının başlanğıcı olacaq:
“Hərtərəfli (hava, quru, dəniz, infrastruktur) atəşkəsin 30 gün müddətinə elan edilməsi, İkinci Dünya Müharibəsindən bəri Avropada baş vermiş ən böyük və ən uzunmüddətli müharibənin sona çatması prosesinin başlanğıcı olacaq,” – deyə o vurğulayıb.
Eyni zamanda, Kelloq xatırladıb ki, Donald Tramp dəfələrlə bu çağırışı səsləndirib: “Qətliamı dərhal dayandırın”.
Xatırladaq ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski “İstəklilər Koalisiyası” ilə görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında bəyan edib ki, Ukrayna Avropa ölkələri və ABŞ ilə birlikdə 12 may tarixindən etibarən tam və şərtsiz atəşkəsin başlanması barədə razılığa gəlib. Bu atəşkəs ən azı 30 gün davam etməlidir.
Oxşar xəbərlər
Kelloq: Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs müharibənin sonunun başlanğıcı olacaq
Kelloq: Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir
Zelenski: Ukrayna Rusiyadan 30 günlük atəşkəs tələb edir
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
Ukrayna XİN rəhbəri Keyt Kelloq ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fələstin Prezidenti HƏMAS-ı Qəzza zolağında nəzarətdən imtina etməyə çağırıb
-
İranlı nazir Qriqoryanla Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
-
ABŞ-da tornado nəticəsində azı 21 nəfər ölüb, çox sayda yaralı var
-
Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək
-
Misir Prezidenti Trampdan Qəzzada sülhə nail olmaq üçün səy göstərməsini xahiş edib
-
Rubio: Danışıqlarda irəliləyiş olmasa, Konqres Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər
