Zelenski: Ukrayna Rusiyadan 30 günlük atəşkəs tələb edir
Ukrayna Avropa ölkələri və ABŞ ilə birlikdə 12 may tarixindən etibarən tam və şərtsiz atəşkəsin başlanması barədə razılığa gəlib. Bu atəşkəsin azı 30 gün davam etməsi nəzərdə tutulur.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “İstəkli Koalisiyası” ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
"Biz birlikdə Rusiyadan bunu tələb edirik. Bilirik ki, bu məsələdə bizi Amerika Birləşmiş Ştatları dəstəkləyir. Şərtsiz atəşkəs – yəni heç bir şərt olmadan. Hər hansı bir şərt irəli sürmək niyyəti, münaqişəni uzatmaq və diplomatik prosesi pozmaq istəyi deməkdir. Atəşkəs hərtərəfli olmalıdır – havada, dənizdə və quruda", – deyə Zelenski vurğulayıb.
Zelenskinin sözlərinə görə, ABŞ ilə koordinasiya şəraitində atəşkəsin monitorinqini təmin etmək tamamilə mümkündür. Bu 30 günlük atəşkəs diplomatiyaya real şans verəcək.
"Bu müddət ərzində iş təhlükəsizlik, siyasi və humanitar sülh əsaslarının müəyyənləşdirilməsinə yönəldiləcək. Biz sevinirik ki, atəşkəsin və məzmunlu diplomatiyaya keçidin zəruriliyi bütün tərəflər tərəfindən dəstəklənir – təkcə Avropa ölkələri deyil, həm də bu təşəbbüslə ilk çıxış edən ABŞ", – deyə Zelenski bildirib.
Fransa Prezidenti Emmanuel Makron isə əlavə edib ki, atəşkəsin monitorinqində əsas rolu ABŞ oynayacaq, lakin bütün tərəfdaş ölkələr bu prosesdə iştirak edəcək.
"Pozuntu halında biz Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyaların tətbiqi ilə bağlı razılığa gəldik. Bu məsələ amerikalılar və avropalılar tərəfindən hazırlanacaq və koordinasiya olunacaq", – deyə Makron qeyd edib.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />