ABŞ müdafiə naziri transgender hərbçilərin ordudan çıxarılması ilə bağlı əmr imzalayıb
ABŞ müdafiə naziri Pit Heqset 6 iyun tarixindən etibarən ordu sıralarını könüllü şəkildə tərk etməyən transgender hərbçilərin ordudan çıxarılmasına başlanılmasını əmr edib.
APA xəbər verir ki, bu haqda mənbələrə istinadən “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Heqsetin əmrinə əsasən aktiv xidmətdə olan transgender hərbçilər 6 iyuna qədər könüllü şəkildə ordudan ayrılmaqla bağlı qəbul edə bilər.
Agentlik həmçinin qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi bu məsələ ilə bağlı agentliyin sorğusuna cavab verməyib.
Xatırladaq ki, ABŞ Ali Məhkəməsi ötən çərşənbə axşamı Donald Tramp administrasiyasının transgenderlərin hərbi xidmətdə olmasına qoyduğu qadağanın qüvvəyə minməsinə icazə verib.
Oxşar xəbərlər
Ağ Ev: Tramp Heqsetin arxasında dayanır
Paris Yay Paralimpiya Oyunlarında ilk dəfə transgender idmançı mübarizə aparıb
“The Times”: Tramp 15 min transgenderi ordudan qovmağa hazırlaşır
Pit Heqset: Pentaqon diqqətini hərbi modernləşdirməyə və təhdidlərin qarşısının alınmasına yönəldəcək
Avropa transgender vətəndaşlarını ABŞ-a səfər zamanı diqqətli olmağa çağırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













