KİV: ABŞ Ordusu Hind-Sakit okeanı bölgəsində yeni mobil bölmələr yaradır
sizinxeber.az xəbər saytı

KİV: ABŞ Ordusu Hind-Sakit okeanı bölgəsində yeni mobil bölmələr yaradır


ABŞ Ordusu Hind-Sakit okean regionunda Çinlə mümkün münaqişə halında istifadə olunacaq yeni mobil hərbi bölmələr yaradır.

APA xəbər verir ki, bu barədə Wall Street Journal nəşrinin yazıb.

Yeni konsepsiyaya əsasən, bu bölmələr geniş ərazilərə səpələnəcək, quru üzərindən Çin hədəflərinə zərbələr endirəcək, döyüş əməliyyatları zonasına dair qiymətli məlumatlar toplayacaq və ABŞ Hərbi Hava və Dəniz Qüvvələrinin manevr imkanlarını genişləndirəcək.

Bu bölmələrə artilleriya dəstəyi də veriləcək. Xüsusilə Typhon raket buraxılış qurğuları bu məqsədlə nəzərdə tutulur. Bu sistemlərdən biri artıq Filippin ərazisində yerləşdirilib. Typhon qurğusu materik Çin daxil olmaqla uzaq məsafəli hədəfləri vura biləcək imkanlara malikdir.

Oxşar xəbərlər

KİV: ABŞ Filippində yerləşdirdiyi “Typhon” raket sistemlərini çıxarmaq niyyətində deyil
Filippin ABŞ-dən “Typhon” raket qurğularını almağı planlaşdırır
Dörd ölkə Hind-Sakit okeanı regionundakı təhlükəsizliyi müzakirə edib
İran Hind okeanı hövzəsinə daxil ölkələrin iştirakı ilə birgə təlim keçirəcək
ABŞ Yaxın Şərqə 70-dən çox "Patriot" raket kompleksi göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər