ABŞ Ukraynaya F-16 avadanlıqlarının satışını təsdiqləyib
sizinxeber.az xəbər saytı

ABŞ Ukraynaya F-16 avadanlıqlarının satışını təsdiqləyib


ABŞ Dövlət Departamenti F-16 təlim və texniki dəstək kimi xidmətlərin, həmçinin müvafiq avadanlıqların Ukraynaya 310,5 milyon dollara satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) saytında məlumat verilib.

Məlumatda qərarın ABŞ Konqresi tərəfindən təsdiqlənməli olduğu bildirilir.

Qeyd olunan paketə təyyarələrin modifikasiyası və modernləşdirilməsi, kadr hazırlığı, istismar və texniki xidmət, ehtiyat hissələri və istehlak materialları, yerüstü avadanlıqların təmiri və təchizatı, proqram təminatına dəstək, məxfi və məxfi olmayan sənədlərin, nəşrlərin və texniki məlumatların ötürülməsi, tədqiqat və araşdırmaların aparılması, ABŞ hökuməti və podratçılar tərəfindən mühəndislik, texniki və logistika xidmətləri daxildir.

“Reuters”in məlumatına görə, əsas podratçılar arasında “Lockheed Martin Aeronautic”, “BAE Systems” və “AAR Corporation” kimi şirkətlər var.

Oxşar xəbərlər

ABŞ Xorvatiyaya HIMARS raketdən müdafiə sistemlərinin satışını təsdiqləyib
ABŞ Polşaya 1,3 milyard dollar dəyərində raket satışını təsdiqləyib
Dövlət Departamenti Mərakeşə 825 milyon dollarlıq "Stinger" raketlərinin satışını təsdiqləyib
ABŞ Polşaya 224 milyonluq hərbi vasitə göndərir
Dövlət Departamenti Cənubi Koreyaya 36 “Apache” helikopterinin satışını təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər