sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ Polşaya 1,3 milyard dollar dəyərində raket satışını təsdiqləyib
ABŞ Prezidenti Donald Trampın administrasiyası NATO üzvü Polşaya 1,3 milyard dollar dəyərində qabaqcıl ortamənzilli raketlərin satışına icazə verib.
Lent.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Polşaya 400 ədəd AMRAAM raketi və onlara aid avadanlıqların – ehtiyat hissələri, təlimat sistemləri, mühəndislik və texniki dəstək də daxil olmaqla – satışına dair Konqresi məlumatlandırıb.
Departamentin açıqlamasında bildirilir ki, bu satış ABŞ-ın xarici siyasət məqsədlərinə və milli təhlükəsizlik maraqlarına uyğun olaraq NATO müttəfiqi Polşanın təhlükəsizliyini gücləndirəcək və ölkənin özünümüdafiə qabiliyyətini artıracaq.
Oxşar xəbərlər
Dövlət Departamenti Mərakeşə 825 milyon dollarlıq "Stinger" raketlərinin satışını təsdiqləyib
Dövlət Departamenti Ər-Riyada 1 milyard dollarlıq silah satışına icazə verib
ABŞ Polşaya 224 milyonluq hərbi vasitə göndərir
ABŞ Dövlət Departamenti Ər-Riyada 1 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ Polşaya 1,33 milyard dollarlıq “hava-hava” raketlərinin satışını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













