ABŞ Prezidenti: Avropanın ciddi problemləri var və onların çoxu miqrasiya siyasətindən qaynaqlanır
sizinxeber.az xəbər saytı

ABŞ Prezidenti: Avropanın ciddi problemləri var və onların çoxu miqrasiya siyasətindən qaynaqlanır


ABŞ Prezidenti Donald Tramp Avropanın üzləşdiyi əsas problemlərdən birinin məhz miqrasiya siyasəti olduğunu bildirib.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bunu İtaliyanın Baş naziri Corcia Meloni ilə birlikdə Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

“Avropada çoxlu problemlər var və onların əksəriyyəti məhz miqrasiya ilə bağlıdır”, – deyə o vurğulayıb.

Tramp, həmçinin qeyd edib ki, Avropa və onun miqrasiya siyasəti barədə baxışları o qədər də müsbət deyil. Bununla belə, o ümid etdiyini bildirib ki, Avropa öz “əvvəlki qüdrətini” bərpa edə biləcək.

Oxşar xəbərlər

Tramp Ağ Evdə Corcia Meloni ilə görüşəcək
Tramp: Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək
Aİ miqrasiya ilə bağlı islahatlar aparacaq
Tramp Çinlə ticarət sazişi imzalayacağına əmindir
İstanbulda beynəlxalq konfransda deportasiya, miqrasiya və insan hüquqları ilə bağlı müzakirələr aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər