Kelloq Ukraynanın bölünməsi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB
ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Britaniyanın “The Times” qəzetinin onun sözlərini təhrif etdiyini, Ukrayna ərazisinin bölünməsini nəzərdə tutmadığını bildirib.
Sizinxeber.az-nın məlumatına görə, bu barədə o, öz “X” hesabında məlumat verib.
“The Times” qəzetinin yaydığı məqalədə dediklərim təhrif edilib. Mən Ukraynanın suverenliyini dəstəkləyən və atəşkəsdən sonrakı orada olacaq sülhməramlı qüvvələrdən danışırdım. Bölünməni haqqında danışarkən müttəfiqlərin məsul olduqları zonalardan danışırdım. Mən Ukraynanı bölmək niyyətində deyildim", - o deyib.
***
03:07
Ukraynanı müharibədən sonrakı Berlin nümunəsi ilə Avropa ölkələri ilə Rusiya arasında nəzarət zonalarına bölmək olar.
Sizinxeber.az xəbər verir ki, bu fikri “The Times” qəzetinə müsahibəsində ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq səsləndirib.
“Siz İkinci Dünya Müharibəsindən sonra Berlində baş verənlərə bənzər bir şey edə bilərsiniz, o zaman Rusiya zonası, Fransa zonası, Britaniya zonası və Amerika zonası var idi.”, - o bildirib.
Kelloq bildirib ki, Britaniya və Fransa qoşunları döyüşlərin qarşısını almaq üçün çəkindirici qüvvə kimi Ukraynanın qərbinə girə bilər. Bu zaman Rusiya ordusu isə Ukraynanın şərqinə nəzarət edəcək.
Onun sözlərinə görə, Ukrayna qüvvələri Avropa və Rusiya qoşunları arasında yerləşdirilə bilər.
Kelloq, həmçinin hazırkı cəbhə xətti boyunca 30 kilometrlik bufer zonanın yaradılmasını da təklif edib.
Oxşar xəbərlər
Kelloq Ukraynanın Qərblə Rusiya arasında bölünməsini təklif edib
Ukrayna XİN rəhbəri Keyt Kelloq ilə görüşüb
Tramp Keyt Kelloqu Ukrayna üzrə xüsusi nümayəndə təyin edib
Kelloq: ABŞ Ukraynanı müharibədən sonrakı Berlin kimi bölə bilər
Kelloq yaxın həftələrdə Trampa Ukrayna planını təqdim edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












