Kelloq Ukraynanın Qərblə Rusiya arasında bölünməsini təklif edib
sizinxeber.az xəbər saytı

Kelloq Ukraynanın Qərblə Rusiya arasında bölünməsini təklif edib


Ukraynanı müharibədən sonrakı Berlin nümunəsi ilə Avropa ölkələri ilə Rusiya arasında nəzarət zonalarına bölmək olar.

APA xəbər verir ki, bu fikri “The Times” qəzetinə müsahibəsində ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq səsləndirib.

“Siz İkinci Dünya Müharibəsindən sonra Berlində baş verənlərə bənzər bir şey edə bilərsiniz, o zaman Rusiya zonası, Fransa zonası, Britaniya zonası və Amerika zonası var idi.”, - o bildirib.

Kelloq bildirib ki, Britaniya və Fransa qoşunları döyüşlərin qarşısını almaq üçün çəkindirici qüvvə kimi Ukraynanın qərbinə girə bilər. Bu zaman Rusiya ordusu isə Ukraynanın şərqinə nəzarət edəcək.

Onun sözlərinə görə, Ukrayna qüvvələri Avropa və Rusiya qoşunları arasında yerləşdirilə bilər.

Kelloq, həmçinin hazırkı cəbhə xətti boyunca 30 kilometrlik bufer zonanın yaradılmasını da təklif edib.

Oxşar xəbərlər

Kelloq: ABŞ Ukraynanı müharibədən sonrakı Berlin kimi bölə bilər
Ukrayna XİN rəhbəri Keyt Kelloq ilə görüşüb
Kelloq yaxın həftələrdə Trampa Ukrayna planını təqdim edə bilər
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
Kelloq: Trampın etibarlı Ukrayna planı mövcuddur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər