“Twitter”in loqosu hərracda 35.000 dollara satılıb
sizinxeber.az xəbər saytı

“Twitter”in loqosu hərracda 35.000 dollara satılıb


Tanınmış iş adamı İlon Mask tərəfindən alındıqdan sonra şirkətin San-Fransiskodakı baş ofisindən çıxarılan “Twitter”in mavi quş şəklindəki loqosu hərracda təxminən 35 min dollara satılıb.

APA xəbər verir ki, bu haqda “Associated Press” agentliyi məlumat verib.

Məlumata görə nadir və kolleksiya əşyaları üzrə ixtisaslaşan “RR Auction” hərrac evi 254 kq ağırlığı, 3,7 - 2,7 m ölçüyə sahib lövhənin 34 375 dollara satıldığını açıqlayıb.

Qeyd edək ki, Musk bundan əvvəl “Twitter”in keçmiş ofisindən digər əşyaları, o cümlədən lövhələr, mallar, həmçinin mətbəx avadanlığı və ofis mebellərini hərraca çıxarmışdı.

Oxşar xəbərlər

Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb
Stradivarinin skripkası 11,25 milyon dollara satılıb
Yaponiyada keçirilən hərracda nəhəng ton balığı 1,3 milyon dollara satılıb
Yaponiyada nəhəng tunes hərracda 1,3 milyon dollara satılıb
Dövlətə məxsus şirkətin 30%-lik səhm paketi özəlləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər