Tramp ABŞ-nin sanksiya siyasətini yenidən nəzərdən keçirməyi tapşırıb
sizinxeber.az xəbər saytı

Tramp ABŞ-nin sanksiya siyasətini yenidən nəzərdən keçirməyi tapşırıb


"ABŞ Prezidenti Donald Tramp Amerikanın mövcud sanksiya siyasətinin yenidən qiymətləndirilməsini tapşırıb, çünki bu siyasət dolların dünya ehtiyat valyutası kimi rolunu zəiflədir".

APA xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

"Tramp mənə sanksiya rejimini yenidən nəzərdən keçirməyi tapşırdı. Uzun müddət ərzində bizdə mənim "passiv sanksiyalar' adlandırdığım bir yanaşma var idi. Biz hesab edirik ki, bu yanaşma dolların ehtiyat valyutası kimi rolunu zəiflədir, insanlar dollardan imtina edirlər", - deyə nazir "Fox Business" kanalına müsahibəsində bildirib.

"Biz isə maksimum effektiv sanksiyalar rejiminə keçməyi planlaşdırırıq", - Bessent əlavə edib.

Oxşar xəbərlər

Tramp ABŞ-nin rüsumlarla yenidən zənginləşəcəyinə inanır
Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Britaniya Rusiyanın 10 gəmisinə sanksiya tətbiq edib
Tramp baş prokuror vəzifəsinə Pamela Bondinin namizədliyini irəli sürüb
Tramp ABŞ Kriptovalyuta Ehtiyat Fondu yaradacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər