Argentinada daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Argentinada daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB


Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, mindən çox insan təxliyə edilib.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Federal hökumət təcili yardım üçün 10 milyard peso (təxminən 9,2 milyon dollar) ayrıldığını bildirib.

***

07:31

Argentinanın Bahiya-Blanka liman şəhərində yağan güclü yağışlar 6 nəfərin həyatına son qoyub və güclü daşqınlara səbəb olub.

APA xəbər verir ki, bu barədə cümə günü “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, leysan yağışları avtomobilləri kürüyüb, ağacları qırıb və yüzlərlə insanı işıqsız qoyub.

Meteoroloqlar hava proqnozunun ürəkaçan olmadığı barədə xəbərdarlıq ediblər. Alimlər yeni bir fırtınanın bölgəni vuracağını gözləyirlər. Cəmi bir neçə saat ərzində əraziyə 200 mm-dən çox yağış düşüb.

Oxşar xəbərlər

Argentinada leysan yağışları 6 nəfərin həyatına son qoyub
Argentinada daşqınlar nəticəsində azı 10 nəfər ölüb - YENİLƏNİB
Argentinada daşqınlar nəticəsində 6 nəfər ölüb
Şərqi və Mərkəzi Avropada leysan yağışları və daşqınlar 6 nəfərin həyatına son qoyub
Malayziyada daşqınlar səbəbindən 122 mindən çox insan təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər