Argentinada daşqınlar nəticəsində azı 10 nəfər ölüb - YENİLƏNİB
Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində azı 10 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “La Nacion” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Federal hökumət daşqının nəticələrinin aradan qaldırılması üçün 10 milyard peso (9 milyon dollar) ayırmağı vəd edib.
Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində azı 6 nəfər ölüb, 1000-dən çox insan təxliyə edilib.
“Report” xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Baiya-Blanka şəhərinin meri Federiko Susbelıes məlumat verib.
Merin sözlərinə görə, ziyan görən yaşayış məntəqələrinə 300 mm yağıntı düşüb:
“İndiyədək Baiya-Blankadan 375, Heneral-Daniel-Serri ətrafından isə 800-dən çox insan təxliyə edilib. Ölənlərin sayı 6-ya çatıb və hadisənin miqyasını nəzərə alsaq, qurbanların daha çox ola biləcəyi istisna edilmir”.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əraziyə əyalət və federal qüvvələri cəlb edilib.
Oxşar xəbərlər
Argentinada daşqınlar nəticəsində 6 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndoneziyada daşqınlar nəticəsində azı 13 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada daşqınlar nəticəsində ölənlərin sayı 290-ı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bosniya və Herseqovinada daşqınlar nəticəsində 14 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
CAR-da daşqınlar nəticəsində azı 12 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












