sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Argentinada daşqınlar nəticəsində 6 nəfər ölüb
Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində azı 6 nəfər ölüb, 1000-dən çox insan təxliyə edilib.
“Report” xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Baiya-Blanka şəhərinin meri Federiko Susbelıes məlumat verib.
Merin sözlərinə görə, ziyan görən yaşayış məntəqələrinə 300 mm yağıntı düşüb:
“İndiyədək Baiya-Blankadan 375, Heneral-Daniel-Serri ətrafından isə 800-dən çox insan təxliyə edilib. Ölənlərin sayı 6-ya çatıb və hadisənin miqyasını nəzərə alsaq, qurbanların daha çox ola biləcəyi istisna edilmir”.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əraziyə əyalət və federal qüvvələri cəlb edilib.
Oxşar xəbərlər
Çexiyada daşqınlar səbəbindən 21 mindən çox insan təxliyə edilib
İndoneziyada daşqınlar nəticəsində azı 13 nəfər ölüb
Myanmada daşqınlar nəticəsində ölənlərin sayı 290-ı ötüb
Şərqi və Mərkəzi Avropada leysan yağışları və daşqınlar 6 nəfərin həyatına son qoyub
Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













