Rubio: ABŞ Rusiya ilə dondurulmuş Rusiya aktivlərini müzakirə etmək istəyir
Ukraynada münaqişənin nizamlanması halında ABŞ Rusiya ilə təkcə dondurulmuş Rusiya aktivləri məsələsini deyil, həm də təsirə məruz qalan ABŞ şirkətlərini müzakirə etmək istəyir.
APA xəbər verir ki, bunu “Breitbart News”a müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib.
"Birgə işləmək imkanlarımız var. Aydındır ki, bu, təkcə avropalılar və ya ABŞ tərəfindən dondurulmuş Rusiya aktivləri ilə bağlı deyil, həm də zərər çəkmiş ABŞ şirkətləri ilə bağlı danışıqları əhatə edəcək. Bu, münasibətlərimizi necə bərpa edə biləcəyimizə dair daha geniş müzakirələrin bir hissəsi olacaq", - o deyib.
Rubi həmçinin bildirib ki, Ukrayna münaqişəsində daimi atəşkəs əldə olunmayana qədər bu cür danışıqlar başlaya bilməz.
Oxşar xəbərlər
ABŞ və Rusiya Ukraynada münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio Lavrovla ABŞ və Rusiya səfirliklərinin fəaliyyətini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Ukraynaya dəstək üçün Rusiya aktivlərindən istifadəni nəzərdən keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Rusiyanın dondurulmuş aktivləri hesabına ilk 1 milyard dolları alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













