Financial Times: Trampın komandası ABŞ-ın ÜST-dən çıxmasını istəyir
Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandası ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) mümkün qədər tez çıxmasını təmin etmək imkanını nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə Financial Times yazıb.
"Tramp komandasının üzvləri ekspertlərə bildirib ki, Amerikanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi günü, yanvarın 20-də bu qlobal səhiyyə strukturunu tərk etmək niyyətlərini elan etmək niyyətindədirlər” – nəşrdə qeyd olunub.
“Trampın administrasiyasında ÜST-ə etibar etməyən bir çox insan var. Onlar yeni administrasiyanın ilk günündə təşkilatı tərk etdiklərini göstərmək istəyirlər” - bu barədə Ağ Evin COVID-19 pandemiyası ilə mübarizə üzrə keçmiş koordinatoru Aşiş Jha bildirib.
O qeyd edib ki, Trampın digər tərəfdaşları ÜST-də islahatlar tələbi ilə məhdudlaşmağı təklif ediblər, lakin sonda təşkilatla əlaqələri kəsməyi tələb edən qrup qalib gəlib.
Oxşar xəbərlər
KİV: Tramp Ukraynaya yardımı davam etdirməyi planlaşdırır
Trampın komandası Kiyev və Ağ Evlə atəşkəs barədə danışıqlar aparıb
Putin Trampın təhlükədə olduğunu düşünür
Trumpın komandası və Bayden administrasiyası anlaşma memorandumu imzalayıb
Donald Tramp Mark Zukerberq ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
