sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tramp Ukraynanın Rusiyanı ABŞ raketləri ilə vurması məsələsinə yenidən baxacaq
Tramp, Bayden administrasiyasının Ukraynanın Rusiya dərinliklərinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadəsinə yaşıl işıq yandırmaq barədə qərarını yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahında çıxışı zamanı bildirib.
O Ukraynanın ABŞ raketləri ilə Rusiyanın yüzlərlə mil dərinliyinə endirdiyi zərbələrin qəbuledilməz olduğunu bildirib.
"Raketlərin yüzlərlə mil məsafədən Rusiyaya göndərilməsi ilə qəti şəkildə razılaşmıram. Biz bunu niyə edirik? Biz sadəcə olaraq bu müharibəni alovlandırıb onu daha da pisləşdiririk?", - deyə Tramp bildirib.
Oxşar xəbərlər
Tramp: Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında müəyyən irəliləyiş var
Tramp hesab edir ki, İsrail İranın nüvə obyektlərini vurmalıdır
Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı irəliləyiş qeydə alındığını deyib
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Tramp Rusiya-Ukrayna müharibəsini necə dayandırmaq istədiyinə işarə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









