Tramp hesab edir ki, İsrail İranın nüvə obyektlərini vurmalıdır
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İsrailin İranın nüvə obyektlərinə zərbə endirə biləcəyini bildirib.
APA xəbər verir ki, Tramp bunu Şimali Karolina ştatında seçicilərlə görüşündə çıxışı zamanı deyib.
ABŞ prezidenti Co Bayden isə İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etmədiyini demişdi.
"Düşünürəm ki, Bayden səhv edir. Sizin vurmaq istədiyiniz hədəf bu deyilmi? Nüvə silahları ən böyük riskdir", - deyə Tramp vurğulayıb.
O bildirib ki, Bayden ona verilən suala məhz belə cavab verməli idi: “Əvvəlcə nüvə obyektlərini vurun və sonra yerdə qalan hər şey üçün narahat olun."
Tramp həmçinin ABŞ-ın belə bir hadisəyə hazır olmalı olduğunu deyib.
Oxşar xəbərlər
Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib
Bayden Trampı ABŞ-ın təhlükəsizliyinə əsl təhdid hesab edir
Bayden: Biz İranın nüvə obyektlərinə hücumun tərəfdarı deyilik
Tramp Harrisi “İQ səviyyəsi aşağı olan rəqib” adlandırıb
Tramp Zelenski ilə görüşməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













