Tramp biznesmen Stivensi ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə irəli sürüb
sizinxeber.az xəbər saytı

Tramp biznesmen Stivensi ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə irəli sürüb


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Stephens Inc” investisiya şirkətinin rəhbəri Uorren Stivensi ölkənin Böyük britaniyadakı səfiri vəzifəsinə namizəd göstərəcəyini bildirib.

Sizinxeber.az xəbər verir ki, Tramp bu haqda “Truth” sosial şəbəkəsində məlumat verib.

Ölkənin ən uğurlu iş adamlarından biri olan Uorren Stivensin ABŞ-ın Sent-Ceyms sarayında səfiri vəzifəsinə namizədliyini irəli sürdüyümü bildirməkdən məmnunluq duyuram. Bu rolda o, Birləşmiş Krallıqdakı təmsilçimiz olacaq”, - deyə o bildirib.

Trampın sözlərinə görə 67 yaşlı Stivens Vaşinqtonu ABŞ-ın ən dəyərli müttəfiqlərindən biri olan ölkədə təmsil edəcək.

Qeyd edək ki, ABŞ-da diplomatik nümayəndəliklərin rəhbərləri vəzifələrinə prezidentin təklif etdiyi namizədlər əvvəlcə Senat tərəfindən təsdiqlənməlidir.

Oxşar xəbərlər

Donald Tramp FTB rəhbəri vəzifəsinə Kəş Patelin namizədliyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp səhiyyə naziri vəzifəsinə Robert Kennedinin namizədliyini irəli sürür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp həkim Mehmet Özün namizədliyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ-nin energetika naziri vəzifəsinə Kris Raytın namizədliyini irəli sürəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp türk həkim Mehmet Özün mühüm vəzifəyə namizədliyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər