İsrail Xarici İşlər Nazirliyi G20 sammitinin layihəsinə düzəlişlər edilməsini tələb edib
İsrailin xarici işlər naziri Gideon Saar İyirmiliklər Qrupunun (G20) sammitinin yekun qətnamə layihəsini “tarazsız və qərəzli” adlandırıb.
APA xəbər verir ki, bu məlumat İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılıb.
Nazir “İsrailin özünümüdafiə hüququ” mətnində təsbit edilməsini tələb edib.
Tələblərə Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi və radikal Fələstinin HAMAS hərəkatı, Livanın şiə Hizbullah təşkilatının hərəkətlərini pisləyən ifadələr əlavə edilib.
“G20 liderlərinin bu həftə Rio-de-Janeyroda görüşündən əvvəl mən ölkələrin xarici işlər nazirləri ilə bir sıra telefon danışıqları apardım. Forum iştirakçıları ilə danışıqlarda balanssız və İsrailə qarşı qərəzli olan yekun qətnamə layihəsi ilə bağlı daxil olan məlumatlar barədə danışdıq. Həmkarlarımla söhbətdə dedim ki, bölgəmizdəki müharibə ilə bağlı yekun bəyanatda İsrailin özünümüdafiə hüququnun tanınması, HAMAS qatilləri tərəfindən 400 gündən çox ağır şəraitdə oğurlanan və saxlanılan bütün şəxslərin azadlığa buraxılmasını, həmçinin HAMAS və Hizbullahın pislənməsini tələb edirik” – o deyib.
Oxşar xəbərlər
İsrail XİN "Hizbullah"ın tərksilah edilməsini tələb edib
Blinken İsrailə səfər edəcək
Rəsmi Moskva HAMAS-a çağırış edib
İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur
Almaniyanın xarici işlər naziri Livana səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib












