Pentaqon: ABŞ ordusu növbəti ali baş komandanın əmrlərini həyata keçirməyə hazırdır
Pentaqon seçilmiş prezident Donald Trampın yeni administrasiyasına nizamlı keçidi təmin etməyə və bütün qanuni əmrləri yerinə yetirməyə hazırdır, lakin ordu siyasətdən uzaq olacaq.
Sizinxeber.az xəbər verir ki, bu sözlər ABŞ-ın müdafiə naziri Lloyd Ostinin hərbçilərə göndərdiyi məktubda əks olunur.
“ABŞ ordusu həmişə olduğu kimi növbəti ali baş komandanın siyasi prioritetlərini həyata keçirməyə və mülki komandanlıq zəncirinin bütün qanuni əmrlərinə əməl etməyə hazır olacaq.”, - deyə məktubda bildirilir.
Məktubda həmçinin ABŞ ordusunun siyasi arenadan kənarda qalmağa davam edəcəyi, ölkəni prinsipial və peşəkarlıqla qoruyacağı, müttəfiqləri və tərəfdaşları ilə birgə hərəkət edəcəyi vurğulanıb.
Oxşar xəbərlər
Pentaqon rəhbəri gözlənilmədən Kiyevə gedib
Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir
ABŞ və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq”
Pentaqon: Hindistan çoxqütblü dünya sisteminə can atır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













