Mask: Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq
sizinxeber.az xəbər saytı

Mask: Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq


İlon Mask hesab edir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ-ın sonu gələcək.

Sizinxeber.az xəbər verir ki, İlon Mask bu haqda “X” hesabında danışıb.

Belə ki, milyarder demokratların qalib gələcəyi təqdirdə ABŞ-ın birpartiyalı sosialist dövlətinə çevriləcəyini bildirən nəşri şərh edib.

Qeyd edək ki, Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı iyul ayında baş vermiş sui-qəsd cəhdindən sonra seçki mübarizəsində açıq şəkildə dəstəkləməyə başlayıb. Daha sonra Tramp Maska 1 milyarddan çox baxış toplayan müsahibə verib.

Oxşar xəbərlər

İlon Mask: Tramp məğlub olsa, ABŞ birpartiyalı sosialist ölkəyə çevriləcək
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
Əlcəzairli boksçu İmane Xelif İlon Mask və digər məşhurları məhkəməyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər