Karlson: Fransa Durovu ABŞ-ın razılığı olmadan saxlaya bilməzdi
sizinxeber.az xəbər saytı

Karlson: Fransa Durovu ABŞ-ın razılığı olmadan saxlaya bilməzdi


Fransa hakimiyyəti “Telegram” messencerinin həmtəsisçisi Pavel Durovu ABŞ-ın razılığı olmadan saxlaya bilməzdi.

Sizinxeber.az xəbər verir ki, bu fikri məşhur amerikalı mühafizəkar siyasi şərhçi və yazar Teyker Karlson deyib.

“Bu, böyük bir addımdır. Makronun bunu Bayden administrasiyasının dəstəyi və ya heç olmasa razılığı olmadan edə biləcəyinə və ya edəcəyinə inanmaq mənim kimi məlumatı olmayan kənar müşahidəçi üçün çox çətindir.”, - deyə o öz “X” hesabında yayımladığı videoda bildirib.

Oxşar xəbərlər

Florian Filippo: Makron Durovu Fransaya cəlb etmək üçün hiyləyə əl ata bilər
Peskov: Kremldə "Telegram"dan xidməti məqsədlər üçün istifadə edilmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər