DÇ-2026:  ABŞ millisi Avstraliyanı məğlub edib
sizinxeber.az xəbər saytı

DÇ-2026: ABŞ millisi Avstraliyanı məğlub edib


2026-cı il dünya çempionatında D qrupunda II tura start verilib.

Apasport.az xəbər verir ki, mundialın ev sahiblərindən biri olan ABŞ millisi Avstraliya ilə qarşılaşıb.

Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Oyunda hesab 11-ci dəqiqədə açılıb. Börcessin avtoqolu ABŞ-ı 1:0 önə keçirib. İlk hissənin sonlarında amerikalılar hesab arasındakı fərqi artırıb. Friman başla dəqiq oynayıb.

Matçda başqa qol olmayıb: 2:0. Bu nəticədən sonra ABŞ xallarının sayını 6-ya çatdırıb. Avstraliya 3 xalda qalıb.

Qeyd edək ki, D qrupunun digər oyununda Türkiyə Paraqvayla üz-üzə gələcək.

Dünya çempionatı
D qrupu, II tur
19 iyun

23:00. ABŞ - Avstraliya 2:0

Qol: Börcess, 11 (ö.q), Friman, 45

ABŞ: Friz, Friman, Riçards, Rim, Robinson, Tillman, Adams, Dest, Pepi, Makkenni, Baloqun

Avstraliya: Biç, Bos, Börcess, Souttar, Çirkati, İtalyano, Velupillay, Okon-Enstler, O'Nil, Lekki, Ture

Oxşar xəbərlər

DÇ-2026: Avstraliya Türkiyə millisinin qapısına növbəti qolu vurub - YENİLƏNİB
DÇ: Türkiyə çempionata məğlubiyyətlə başlayıb - YENİLƏNİB
Türkiyə Venesuelanı məğlub edib
Minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub
DÇ-2026: Braziliya qələbə axtarışında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər