ABŞ İranın iki neft tankerinə zərbələr endirdiyini təsdiqləyib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

ABŞ İranın iki neft tankerinə zərbələr endirdiyini təsdiqləyib - YENİLƏNİB


ABŞ hərbi qüvvələri Oman körfəzində İran limanına daxil olmağa cəhd edən iki gəmini sıradan çıxarıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

“Hər iki gəmi ABŞ-ın davam edən blokadasını pozaraq Oman körfəzində İran limanına daxil olmağa cəhd edirdi”, - məlumatda deyilir.

***

17:37

ABŞ hərbi qüvvələri İrana qarşı tətbiq olunan blokadanı yarmağa cəhd edən bir neçə boş tankerə hava zərbələri endirib.

Bu barədə “Fox News” ABŞ-ın yüksək rütbəli rəsmisinə istinad məlumat yayıb.

“Bunlar çox iri xam neft daşıyıcıları idi. Nəhəng, boş gəmilər İrana qayıtmağa çalışırdı, blokadanı yarmağa cəhd edirdilər”, - o bildirib.

Oxşar xəbərlər

ABŞ İrana qarşı blokadanı yarmağa cəhd edən boş tankerlərə zərbə endirib
Pentaqon: İran istiqamətində hərəkət edən heç bir gəmi blokadanı keçə bilməyib
KİV: ABŞ esminesi İranın ərazi sularına daxil olmağa cəhd edib
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər