Aİ İrana Rusiyaya raket tədarükünə görə sanksiyalar tətbiq edib
Aİ xarici işlər nazirləri bu gün İrana Rusiyaya Ukraynada istifadə üçün ballistik raketlər tədarükünə görə sanksiyalar tətbiq ediblər.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası bəyanat yayıb.
İranın “Rusiyaya raket tədarükünə” cavab olaraq 7 fiziki şəxs və 7 qurum sanksiya tətbiq edilib.
Üç İran aviaşirkəti - "Iran Air", "Mahan Air" və "Saha"ya da sanksiya tətbiq edilib.
Bundan əlavə, İranın müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin (SEPAH-QF), SEPAH-ın Hatəm əl-Ənbiya Mərkəzi Qərargahı və SEPAH Aerokosmik Qüvvələrinin tanınmış rəsmilərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Həmçinin Aİ-də siyahıya alınmış İran Təyyarə İstehsalat Sənayesi (HESA) və Aerokosmik Sənaye Təşkilatının (AIO) idarəedici direktorları da siyahıya salınıb.
Oxşar xəbərlər
Fransa, Almaniya və Britaniya Rusiyaya ballistik raket tədarükünə görə İrana sanksiyalar tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın üç aviaşirkəti Rusiyaya dəstəyə görə sanksiya siyahısına daxil edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Rusiyaya ballistik raketlər verdiyinə görə İranın aviasiya sektoruna sanksiyaları nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Rusiyaya raket tədarükünə görə İrana yeni sanksiyalar tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













