Hafiz Səfixanov: Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib
sizinxeber.az xəbər saytı

Hafiz Səfixanov: Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib


Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması-Faza 3" layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

H.Səfixanov qeyd edib ki, layihə çərçivəsində Füzuli, Ağdam, Ağcabədi, Tovuz və Tərtərdə yaşayan 52 mina qurbanı ilə görüşlər keçirilib:

"Layihə benefisiarlarının hamısı mina partlayışlarına məruz qalmış mülki şəxslərdir. Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib. Onlardan biri qadın, 11-i kişidir. Layihənin birbaşa benefisiarlarından üçü şəhid ailəsi üzvüdür, dördü mina təmizləmə əməliyyatları zamanı partlayışa məruz qalanlar, biri isə polis əməkdaşıdır. Onlar 20-64 yaş aralığındadır. Onların həyat şəraiti və layihədə nəzərdə tutulan tələblərə uyğunluğu müəyyənləşdirilib. Həmin şəxslərdən öz istəklərinə uyğun avadanlıqlar yerli bazardan alınaraq təhvil verilib. Mina qurbanları üçün alınmış ləvazimatları satan 27 nəfər də sözügedən layihədən faydalananlardır".

O, Koreyanın maliyyə dəstəyi ilə icra olunan layihənin əsas məqsədinin Azərbaycanda minalardan zərərçəkmiş şəxslərin həyata adaptasiya olmalarına və əmək fəaliyyətlərinin bərpasına yönəldiyini vurğulayıb.

İctimai Birlik sədri bildirib ki, layihədən faydalanan mina qurbanlarının 56 nəfər ailə üzvü də bu layihənin birbaşa benefisiarı qəbul olunur.

Oxşar xəbərlər

Hafiz Səfixanov: Bu il azad olunmuş ərazilərdə 36 nəfər mina hadisəsinin qurbanı olub
Füzulinin azad olunan 21 kəndində 41 min mina aşkar edilib
Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb
XİN: İkinci Qarabağ müharibəsindən sonra 387 azərbaycanlı mina qurbanı olub
QHT rəhbəri: Ən çox tələ-minalara Xankəndidə rast gəlinib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər