CNN: "Hizbullah" İrandan asılı olmayaraq İsraili vura bilər
Livanın “Hizbullah” hərəkatı İranın niyyətindən asılı olmayaraq yaxın günlərdə İsraili vura bilər.
Sizinxeber.az xəbər verir ki, bu məlumatı CNN kanalı kəşfiyyata yaxın mənbələrə istinadən verib.
Onların fikrincə, Hizbullah İsrailə hücum hazırlamaqda İrandan daha irəlidədir, ona görə də yaxın günlərdə hücum edə biləcək. İran isə öz növbəsində hələ də cavab tədbirləri hazırlayır və onlar ABŞ-ın İranın genişmiqyaslı hücumu ilə bağlı gözləntilərini doğrultmur.
Mənbələr həmçinin CNN-ə bildiriblər ki, “Hizbullah”ın İrandan fərqli olaraq, İsraillə ortaq sərhədi olduğu üçün xəbərdarlıq etmədən zərbə endirə bilər. Onların sözlərinə görə, Hizbullah və İranın öz hərəkətlərini necə kordinə etdiyi hələlik məlum deyil. Lakin ABŞ rəsmiləri hesab edirlər ki, onlar növbəti addımlar barədə hələ razılığa gələ bilməyiblər.
Oxşar xəbərlər
ABŞ mümkün hücum zamanı İsrailə iki zərbə dalğasının olacağını gözləyir
“Hizbullah”: Suriya və İranın İsrailə qarşı mübarizədə iştirakına ehtiyac yoxdur
“Politico”: İran İsrailə genişmiqyaslı hücum etməkdən imtina edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
