ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin detallarını əldə edib
sizinxeber.az xəbər saytı

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin detallarını əldə edib


Amerika Birləşmiş Ştatları Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin konkret detallarını əldə edib və onların üzərində işləyir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

“Nəhayət detalları əldə etdik. Onların üzərində işləyirik, amma hələ hər şeyi sonadək düşünməmişik”, – deyə o qeyd edib.

“Ukrayna əmi olmaq istəyir ki, Rusiya bir daha onun ərazisinə müdaxilə etməyəcək. O, gələcəkdə öz ərazi bütövlüyünə əmin olmaq istəyir. Ruslar isə müəyyən əraziləri istəyirlər – onların çoxunu artıq işğal ediblər, bəzilərini isə yox. Danışıqların mahiyyəti bundadır”, – Vens əlavə edib.

Oxşar xəbərlər

ABŞ Moskva və Kiyevin danışıqlardakı mövqelərinin təfərrüatlarını əldə edib
Vens: ABŞ yaxın 100 gün ərzində Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasına çalışacaq
Kelloq: Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir
Vens: Putin və Zelenskinin görüşü münaqişədəki çıxılmaz vəziyyəti aradan qaldıra bilər
Vens: Tramp İranla münaqişəni sonadək diplomatik yolla həll etməyə çalışacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər