Tramp Avropa liderləri ilə görüşünün yekunlarına dair açıqlama yayıb
sizinxeber.az xəbər saytı

Tramp Avropa liderləri ilə görüşünün yekunlarına dair açıqlama yayıb


ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri ilə görüşünün yekunlarına dair açıqlama yayıb.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, görüşün əsas mövzusu Ukrayna üçün təhlükəsizlik zəmanətləri olub və bu zəmanətlər Avropa ölkələri tərəfindən ABŞ ilə koordinasiyalı şəkildə təqdim ediləcək.

Prezident bildirib ki, görüşün sonunda o, Vladimir Putinə zəng edib və Rusiya liderinin Zelenski ilə görüşünün təşkilinə başlanılıb.

Görüşün yeri yaxın günlərdə müəyyənləşdiriləcək.

Bundan sonra isə Tramp, Putin və Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur.

"Bu, dörd il davam edən münaqişə üçün çox yaxşı bir ilkin addımdır", — deyə Tramp qeyd edib.

O həmçinin vurğulayıb ki, prosessdə Vitse-prezident Cey Di Vens, Dövlət Katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff Rusiya və Ukrayna ilə əlaqələndirməni həyata keçirirlər.

Oxşar xəbərlər

Tramp: Putin və Zelenski görüşünün hazırlanmasına başlanılıb
Tramp Zelenski və Avropa liderləri ilə görüşdən sonra Putinə zəng edəcək
Tramp Putinə zəng etmək üçün Avropa liderləri ilə görüşü dayandırıb
Zelenski avqustun 18-də Vaşinqtonda Trampla görüşəcək
Zelenski Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər