Dmitriev: Putin və Tramp arasında danışıqlarda mühüm irəliləyiş əldə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
apr
2025
03:50

Dmitriev: Putin və Tramp arasında danışıqlarda mühüm irəliləyiş əldə olunub

04 apr, 2025
03:50
577

Dmitriev: Putin və Tramp arasında danışıqlarda mühüm irəliləyiş əldə olunub

Vladimir Putin və Donald Tramp arasında Ukrayna ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə olunub.

Sizinxeber.az xəbər verir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev bildirib.

Dmitriyev Vaşinqtondakı danışıqlardan sonra Rusiya ilə ABŞ arasında yeni danışıqların tarixlərinin yaxın vaxtlarda müəyyənləşəcəyini deyib.

“Tramp administrasiyası Rusiya ilə dialoqda konstruktivdir. Tramp administrasiyası Rusiyanın mövqeyini eşidir", - o bildirib.

Dmitriev Rusiya və ABŞ-ın birbaşa hava nəqliyyatının bərpasını müzakirə etdiyini, ABŞ şirkətlərinin Rusiyanı tərk etmiş Avropa şirkətlərinin buraxdığı boşluqları tutmağa hazır olduğunu deyib.

O həmçinin iki ölkə nümayəndələrinin Arktika və nadir torpaq faydalı qazıntılar sahəsində əməkdaşlığı müzakirə etdiyini bildirib.

"Biz münasibətlərimizdə müsbət dinamika qeydə alırıq. Bütün fikir ayrılıqlarımızı həll etmək üçün daha bir sıra görüşlərə ehtiyacımız olacaq", - Dmitriev bildirib.

Bizimlə əlaqə saxlayın