Donald Tramp: Yaxın günlərdə Ukraynadakı müharibənin bitməsinə çalıçacağıq
“Stiven Uitkoff bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib”.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ-nin Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb
“Görüşdə xeyli irəliləyiş əldə olunub. Bundan sonra bəzi avropalı müttəfiqlərimizə məlumat verdim. Hamı razıdır ki, bu müharibə bitməlidir. Biz yaxın günlərdə və həftələrdə buna çalışacağıq”, - Donald Tramp yazıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında görüş təxminən üç saat davam edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş zamanı cənab Putin Ukraynadakı mnaqişənin həlli ilə bağlı bəzi siqnallar verib.
Oxşar xəbərlər
Donald Tramp: Nümayəndəmin Putinlə görüşü yaxşı keçib
Uşakov: Putin və Uitkoffun görüşü üç saat davam edib və konstruktiv olub
Putin Trampın xüsusi elçisi ilə görüş keçirib
Tramp: Uitkoff uğurlu görüş keçirib
Putin və Uitkoff Ukraynada nizamlanma və Rusiya-ABŞ əməkdaşlığını müzakirə ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













