NATO Ukraynaya silah tədarükü üçün yeni mexanizm üzərində işləyir
ABŞ və NATO-ya üzv olan digər ölkələr Ukraynanın prioritet ehtiyaclarının olduğu siyahıdan ABŞ silahlarının alınması üçün yeni mexanizm hazırlayır.
APA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kiyev 500 milyon dollarlıq silah yardımı paketləri ilə ehtiyac duyduğu silahlara üstünlük verməlidir.
NATO müttəfiqləri isə təşkilatın baş katibi Mark Rutte ilə koordinasiya əsasında bunun üçün vəsaiti kimin ayıracağına qərar verəcək.
Ehtimal olunur ki, bu yanaşma sayəsində alyans Ukraynanı 10 milyard dollar dəyərində ABŞ silahları ilə təmin edə biləcək.
Mənbələrdən birinin sözlərinə görə, bu, Avropa ölkələrinə ABŞ-dan daha tez silah almağa və uzun bürokratik prosedurlardan qaçmağa imkan verəcək.
Oxşar xəbərlər
Reuters: NATO Ukraynaya silah tədarükü üçün yeni mexanizm üzərində işləyir
NATO: Ukraynada müharibə başlayandan Avropa ABŞ-dan 265 milyard dollar dəyərində silah sifariş edib
NATO Baş katibi alyans ölkələrini Ukrayna üçün daha çox ABŞ silahı almağa çağırıb
NATO Baş katibi: Müharibənin bitməsinin ən sürətli yolu Ukraynaya silah verilməsidir
NATO-nun baş katibi Ukrayna üzrə Təmas Qrupunun iclaslarında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













