NATO-nun baş katibi Ukrayna üzrə Təmas Qrupunun iclaslarında iştirak edəcək
NATO-nun baş katibi Mark Rütte Ukrayna üzrə Təmas Qrupunun iclaslarında iştirak edəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə alyansın mətbuat xidmətinin bu gün yaydığı məlumatda deyilir.
"Mark Rütte iyulun 21-də Ukrayna üzrə Təmas Qrupunun virtual iclasında iştirak edəcək", - məlumatda bildirilib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp NATO-dakı müttəfiqləri vasitəsilə Ukraynaya silah tədarükünün yeni sxemini elan edib: ABŞ Avropa ölkələrinə raketlər, hava hücumundan müdafiə sistemləri və döyüş sursatları daxil olmaqla milyardlarla dollar dəyərində silah satacaq, müttəfiqlər isə bu silahları Kiyevə təhvil verəcək.
O, mexanizmin artıq razılaşdırıldığını və NATO ölkələrinin vəsaiti hesabına həyata keçiriləcəyini vurğulayıb.
Oxşar xəbərlər
NATO Baş katibi Ukrayna üzrə Təmas Qrupunun iclasında iştirak edəcək
Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqlayıb
NATO-nun Baş katibi Trampla görüşüb
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













