Heqset Pentaqonda Baltikyanı ölkələrin müdafiə nazirlərini qəbul edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
iy
2025
07:50

Heqset Pentaqonda Baltikyanı ölkələrin müdafiə nazirlərini qəbul edib

27 iy, 2025
07:50
492

Heqset Pentaqonda Baltikyanı ölkələrin müdafiə nazirlərini qəbul edib

ABŞ-ın müdafiə naziri Pit Heqset Baltikyanı ölkələrin müdafiə nazirləri ilə Pentaqonda görüşərək NATO-nun müdafiə xərclərinin 5%-ə qədər artırılmasını müzakirə edib.

APA xəbər verir ki, Heqset bu haqda öz “X” hesabında məlumat verib.

“Dünən biz Pentaqonda Estoniyanın naziri Pevkur, Latviyanın naziri Spruds və Litvanın naziri Şakaleneni qəbul etdik. Biz prezident Trampın NATO ölkələrini müdafiə xərclərinin 5%-ə qədər artırılması öhdəliyi ətrafında birləşdirməkdəki tarixi uğurunu müzakirə etdik. Bu hədəf Haaqa sammitində əldə olunub və gözlənilir ki, Baltikyanı ölkələr gələn il ərzində bunu yerinə yetirəcəklər.”, - o yazıb.

Heqset Baltikyanı ölkələrin müdafiə nazirlərinə alyansın döyüş hazırlığının artırılması yolunda göstərdikləri dəstəyə görə təşəkkür edib.

Bizimlə əlaqə saxlayın