ABŞ-ın maliyyə naziri Trampın FED sədrini vəzifəsindən azad etməsini istəmir
sizinxeber.az xəbər saytı

ABŞ-ın maliyyə naziri Trampın FED sədrini vəzifəsindən azad etməsini istəmir


ABŞ-ın maliyyə naziri Skott Bessent Prezident Donald Trampı Federal Ehtiyat Sistemi (FED) sədrini vəzifəsindən azad etməməyə inandırmağa çalışır.

Sizinxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nazirin fikrincə, FED sədri Cerom Pauellin istefası ABŞ iqtisadiyyatı və maliyyə bazarlarının vəziyyətinə mənfi təsir göstərə bilər.

Qəzetin mənbələrinin bildirdiyinə görə, Bessent Trampa bildirib ki, o, Pauellin vəzifədən azad edilməsini zəruri hesab etmir, çünki ölkə iqtisadiyyatı yaxşı vəziyyətdədir və bazarlar Trampın həyata keçirdiyi siyasətə müsbət reaksiya verir.

Oxşar xəbərlər

Bloomberg: ABŞ maliyyə naziri Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə irəli sürülür
Tramp: FED faizləri azaltmasa, ABŞ iqtisadiyyatı yavaşlaya bilər
KİV: Tramp yeni FES rəhbəri təyinatını erkən elan edə bilər
Tramp nazirlərlə danışdıqdan sonra rüsumların tətbiqini dayandırıb
WSJ: Tramp müzakirələrdən sonra bəzi tariflərin tətbiqini dayandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər