Braziliyada BRICS Sammiti başlayıb
Braziliyada BRICS Sammiti başlayıb.
Sizinxeber.az-nın xəbərinə görə, Rio-de-Janeyro şəhərində keçirilən sammitin açılış mərasimində çıxış edən Braziliya Prezidenti Lula Da Silva Ukraynada bütün tərəfləri atəşkəsin və sülhün əldə olunması naminə birbaşa dialoqu dərinləşdirməyə çağırıb.
Braziliya Prezidenti NATO-nun üzv ölkələrin hərbi xərcləri 5 faizə qədər artırması barədə qərarının isə dünyada silahlanma yarışına təkan verdiyini vurğulayıb.
Samittə videokonfrans formatında qatılan Rusiya Prezidenti Vladimir Putin çıxışında BRICS ölkələrinin ümumdaxili məhsulunun G7 ölkələri ilə müqayisədə daha çox olmasına diqqət çəkib, bu ölkələr arasında milli valyutada ticarətin artdığını qeyd edib. Rusiya Prezidenti ədalətli dünyanın “qızıl milyarda” xidmət edən birqütblü sistemi dəyişdiyini, liberal qloballaşmanın artıq “faydalı” olmadığını, BRICS isə inkişaf nümayiş etdirdiyini söyləyib.
Oxşar xəbərlər
Putin Braziliyada keçiriləcək G20 sammitinə iştirakla bağlı hələ qərar verməyib
BRICS-ə üzvlük üçün müraciət edən dövlətlərin liderləri Kazan sammitinə dəvət olunublar
Kazanda BRICS liderlərinin məhdud tərkibdə görüşü başlayıb
Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib
Kazanda BRICS-in XVI sammitinin geniş tərkibdə iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













