Tramp gələn həftə Afrika ölkələrinin liderləri ilə sammit keçirəcək
sizinxeber.az xəbər saytı

Tramp gələn həftə Afrika ölkələrinin liderləri ilə sammit keçirəcək


ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışından sonra Afrika ölkələrinin liderləri ilə ilk sammiti 9–11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək.

APA xəbər verir ki, bu barədə "Semafor" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sammitdə iştirak etmək üçün ABŞ paytaxtına Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal prezidentləri gələcək. Vaşinqton toplantıda Qərbi Afrika ölkələri ilə faydalı qazıntılar sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.

Qeyd edilir ki, payızda daha geniş miqyaslı ABŞ–Afrika sammiti nəzərdə tutulur.

Həmin tədbirin sentyabrda Nyu-Yorkda baş tutacağı gözlənilir.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanında Körfəz-ABŞ sammiti keçirilir
Avropa ölkələrinin liderləri Ukrayna üzrə fövqəladə sammit keçirəcək
Tramp Fars körfəzi ölkələrinin liderləri ilə Ər-Riyadda sammit keçirməyi planlaşdırır
Kanadada G7 sammiti başlayır
Keniyada ABŞ - Afrika atom enerjisi sammiti keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər