Avropa ölkələrinin liderləri Ukrayna üzrə fövqəladə sammit keçirəcək
sizinxeber.az xəbər saytı

Avropa ölkələrinin liderləri Ukrayna üzrə fövqəladə sammit keçirəcək


Avropa ölkələrinin dövlət və hökumət başçıları Münhen Təhlükəsizlik Konfransı başa çatdıqdan sonra Ukrayna üzrə fövqəladə sammit keçirəcək.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə diplomatik mənbələrə istinadən Qərb media orqanları məlumat yayıb.

Parisdə keçirilməsi planlaşdırılan qeyri-formal görüşdə məqsəd Avropanın Ukrayna üzrə vahid mövqeyinin formalaşdırılması olacaq. Bu ölkələrin dövlət və hökumət başçıları ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh danışıqlarında Avropanın iştirakını nəzərdə tutmamasından narahatdırlar.

Böyük Britaniya Baş naziri Kir Starmer sammitin əsas ideoloqudur.

Qeyd edilib ki, Kir Starmer həmin sammitin nəticələrini fevralın sonunda Vaşinqtonda Donald Trampla görüşdə müzakirə etməyi planlaşdırır. Növbəti mərhələdə isə Avropa liderləri və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə daha bir sammitin keçirilməsi gözlənilir.

Parisdə keçiriləcək sammitdə NATO Baş katibi Mark Rutte də iştirak etmək niyyətindədir. Mark Rutte deyib ki, əgər avropalılar iştirak hüquqlarının olmasını istəyirlərsə, Ukraynada sülh üçün yaxşı təkliflərlə çıxış etməlidirlər.

Oxşar xəbərlər

Britaniya Baş naziri Berlinə səfər edib, Şoltsla görüşüb
TDT-nin 12-ci sammiti Azərbaycanda keçiriləcək
Ukrayna rəsmisi: Xarici qoşunların ölkəyə yerləşdirilməsi məsələsini müzakirə etməyə hazırıq
Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Zelenski: Trampla andiçmədən sonra görüşə bilərik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle