Tramp Fars körfəzi ölkələrinin liderləri ilə Ər-Riyadda sammit keçirməyi planlaşdırır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
may
2025
20:50

Tramp Fars körfəzi ölkələrinin liderləri ilə Ər-Riyadda sammit keçirməyi planlaşdırır

03 may, 2025
20:50
577

Tramp Fars körfəzi ölkələrinin liderləri ilə Ər-Riyadda sammit keçirməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Fars körfəzi ölkələrinin liderlərinin iştirakı ilə Ər-Riyadda yüksək səviyyəli sammit keçirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ və ərəb rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Tramp may ayının ortalarında Səudiyyə Ərəbistanına səfəri çərçivəsində region dövlətlərinin liderləri ilə görüş keçirəcək. Plana əsasən, o, 13 may tarixində Ər-Riyadda olacaq və bir sıra ikitərəfli görüşlər aparacaq. Sammitin isə 14 may səhər saatlarında baş tutacağı gözlənilir.

Bu görüş Trampa ABŞ-ın Yaxın Şərqdəki rolu ilə bağlı baxışlarını təqdim etmək, həmçinin regionla bağlı siyasi prioritetlərini açıqlamaq imkanı verəcək.

Bizimlə əlaqə saxlayın