Putin Trampdan istədiyini aldı – WSJ
Amerikalı həmkarı Donald Trampla telefon danışığı Rusiya Prezidenti Vladimir Putinə çoxdan istədiyi şeyi verdi: Ukrayna ilə bağlı ABŞ ilə birbaşa danışıqlar.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazır.
Məqalədə qeyd olunur ki, Kreml uzun müddətdir Ukraynanı və avropalı müttəfiqlərini gözlənilən danışıqlardan kənarlaşdırmağa çalışırdı. Moskva eyham vururdu ki, Vaşinqton müharibənin uzadılmasına görə məsuliyyət daşıyır, ona görə də yalnız Rusiya ilə qarşıdurmanı dayandırmaq üçün danışıqlar apara bilər.
“Amma biz Putinin Ukrayna ilə bağlı bəyan etdiyi mövqeləri rəhbər tutsaq, Trampın vəd etdiyi danışıqlar uzunmüddətli olacaq – Rusiya atəşkəsə o halda razılaşacaq ki, ABŞ Ukraynaya dəstəyi dayandırsın və onun ərazisini müdafiə qabiliyyətinə məhdudiyyətlər qoyulsun”, - nəşr vurğulayır.
WSJ Putinin ABŞ ilə öz şərtləri ilə sərt razılaşma əldə etmək üçün uzun oyun oynamağa hazır olduğunu vurğulayır.
Analitiklərə görə, Rusiya mövcud insan resursları və silahları ilə ən azı daha il yarım Ukraynaya qarşı mübarizəni davam etdirə bilər.
Nəşr əlavə edir ki, Putin üçün Trampla danışıqlar üç illik amansız döyüşlərdən sonra Rusiyanın şərtləri ilə müharibəyə son qoymaq yolunda ilk addımdır.
Bundan əlavə, WSJ-nin fikrincə, Putin ABŞ ilə birbaşa danışıqları İkinci Dünya Müharibəsindən sonra razılaşdırılmış və Şərqi Avropanın Moskva ilə Qərb arasında yenidən nizamlanmasını nəzərdə tutan daha böyük geosiyasi paktı təmin etmək şansı kimi görür.
Oxşar xəbərlər
Trampla Putin arasında telefon danışığı olub
Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb
ABŞ və Rusiya prezidentləri arasında mümkün müzakirənin detalları açıqlanıb
Kreml: Orban Putinə Trampın mesajlarını çatdırmayıb
Kreml: Putin və Ərdoğan arasında telefon danışığı planlaşdırılmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
