ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
sizinxeber.az xəbər saytı

ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"


ABŞ Nümayəndələr Palatasının Texas ştatından üzvü Pet Fellon İranın Ali Lideri Əli Xameneiyə xəbərdarlıq ünvanlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

İran hökumətinə qarşı genişmiqyaslı etirazlar dövründə o, Xameneiyə və onun yaxın ətrafına bildirib ki, onların ölkəni tərk etmək üçün hələlik imkanları var.

"İran xalqının ayətullahın dini zülmündən azad bir hökumətə haqqı var", - deyə konqresmen vurğulayıb.

Pet Fellon qeyd edib ki, Xamenei və müttəfiqlərinin məsuliyyətlərini nəzərə alaraq, onların ölkəni tərk etmələri vacibdir.

Oxşar xəbərlər

Almaniyadan vətəndaşlara xəbərdarlıq: İranı tərk edin!
Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb
Norveç XİN ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb
KİV: İranın BMT missiyası Trampın Xameneiyə məktubunu almayıb
KİV: Xamenei nüvə danışıqlarını bərpa etməyə razılıq verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər