Hərbi Tibb Fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş konfrans keçirilir - VİDEO
Mayın 26-da Azərbaycan Tibb Universitetində (ATU) Hərbi Tibb Fakültəsinin (HTF) yaranmasının 25 illik yubileyinə həsr olunmuş "Hərbi təbabətin aktual problemləri-2025" adlı elmi-praktik konfransın açılışı olub.
Sizinxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhid həkimlərin büstləri önünə tər gül dəstələri qoyulub.
Elmi-praktik konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hərbi orketsrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda respublikanın səhiyyə sahəsindən, bütün güc strukturlarının tibb xidmətindən nümayəndələr, ATU və HTF-nin professor, müəllim, tələbə və kursantları iştirak ediblər.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli elmi-praktik konfransı açaraq bildirib ki, ATU-nun HTF-si Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində müstəqilliyimizin qorunub saxlanması üçün bütün sahələrdə olduğu kimi ordu quruculuğuna verdiyi töhfələrdən biridir.
Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov qeyd edib ki, MMU qabaqcıl dünya təcrübəsinə və milli hərbi-strateji maraqlara əsaslanaraq, hərbi təhsil sistemində mərkəzləşdirilmiş idarəetməni təmin edir.
Elmi-praktik konfransda çıxış edənlər HTF-nin fəaliyyətinə daim yüksək əhəmiyyət verilməsindən, hərbi tibbi təhsilin bütün formalarının mərkəziləşdirilməsindən danışıblar.
"Hərbi Tibb Fakültəsinin dünəni, bu günü və sabahı" adlı sənədli film nümayiş etdirildikdən sonra HTF-nin keçmiş rəislərinə və 20 ildən artıq xidmət edən müəllimlərinə plaketlər təqdim olunub.
Tədbirin bədii hissəsində ATU-nun tələbələri vətənpərvərlik mahnıları səsləndiriblər.
Qeyd edək ki, elmi-praktik konfrans mayın 27-də başa çatacaq.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />