Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
17:50

Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO

26 may, 2025
17:50
732

Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Sizinxeber.az MN-ə istinadən xəbər verir ki, Sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında keçirilib.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.
6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “İxtisas atışı”, “Məqbul atışı”, “Snayper müdafiədə”, “Snayper hücumda” və digər çalışmalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın yekununda qalib komandalara mükafatlar təqdim olunub.

Bizimlə əlaqə saxlayın