Azərbaycan müdafiə naziri Türkiyə MMU-nun rektorunu qəbul edib - VİDEO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, xatirələrinə ehtiram nümayiş etdiriblər. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək gül dəstələri düzüblər.
Müdafiə Nazirliyində keçirilən görüşdə qonaqları salamlayan nazir onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud hərbi əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi hərbi təhsil sahəsində də davam və inkişaf etdirildiyini ifadə edib.
Professor Afyoncu öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Qonaq elm və təhsil sahələrində əlaqələrimizin hər iki qardaş ölkə ordularının müasir milli kadr potensialının qüdrətlənməsinə müsbət təsirini diqqətə çatdırıb.
Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qonaqlarla görüşərək keçiriləcək Yüksək Dialoq İclasının hər iki ölkənin hərbi təhsil ocaqlarına qarşılıqlı faydalarından danışıb, eləcə də ölkələrimiz arasındakı hərbi təhsil sahəsindəki əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələləri müzakirə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.


width="220" alt="Zakir Həsənov Türkiyə HDQ komandanını qəbul edib - VİDEO - FOTO" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />