Belarus nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Parlamentinin Sədri Natalya Koçanova və qanunverici orqanın nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
APA xəbər verir ki, qonaqlar Ümummilli Liderin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da məzarı ziyarət olunub, xatirəsinə hörmət və ehtiram bildirilib.
Belarus nümayəndə heyəti Azərbaycan SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin də məzarını ziyarət edib.
Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" Kompleksi qarşısına əklil qoyublar.
Oxşar xəbərlər
Türkiyənin yeni səfiri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Türkiyə Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Türkiyənin yeni səfiri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
ADY kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













