Azərbaycanın hərbi pilotları növbəti təlim-məşq uçuşları keçiriblər
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan və təhlükəsizlik qaydaları elan olunduqdan sonra hərbi pilotlar “Super Muşşak” təlim təyyarələrinə nəzarət baxışı keçiriblər.
Təlimin planına uyğun olaraq, gənc təyyarəçilər havaya qalxma və yerə enmə, müəyyən edilmiş marşrutlar üzrə aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj manevrləri və digər təlim tapşırıqlarını uğurla yerinə yetiriblər.
Hərbi pilotların döyüş hazırlığı və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən uçuşlar zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Oxşar xəbərlər
Azərbaycan pilotları çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər
Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər - VİDEO
Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar
HHQ-nin helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib
Azərbaycan HHQ hücum təyyarələri ilə təlim-məşq uçuşları keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













