Azərbaycan və Serbiya arasında hərbi hava qüvvələrinə dair əməkdaşlıq təhlil edilib
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə Azərbaycanda səfərdə olan Serbiyanın HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, HHQ-nin Mərkəzi Komanda Məntəqəsində keçirilən görüşdə qonaqları salamlayan general-leytenant N.İslamzadə onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.
Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı görülən işlərin cari vəziyyətini təhlil edib, perspektivdə duran məsələlər ətrafında geniş müzakirələr aparıblar. Görüş başa çatdıqdan sonra Serbiyadan olan nümayəndə heyətinə müasir standartlara uyğun qurulmuş, modern idarəetmə sistemləri ilə təchiz olunmuş komanda məntəqəsinin fəaliyyət istiqaməti və qarşıda duran məqsədləri barədə ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













