Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə bir sıra görüşlər keçirib.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-leytenant N.İslamzadə səfər çərçivəsində Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün, milli müdafiə naziri cənab Yaşar Güler və Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu ilə görüşüb.
Görüşlərdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, gələcək birgə layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlər zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadəni qəbul edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Namiq İslamzadə Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəsmi dəvəti ilə Ankarada səfərdədir.
Oxşar xəbərlər
Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib - YENİLƏNİB
Türkiyə Hərbi Hava Qüvvələri komandanı “Türk ulduzları” ilə uçdu - VİDEO
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













